TƏBİB Mingəçevir xəstəxanasının baş həkimi ilə bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB Mingəçevir xəstəxanasının baş həkimi ilə bağlı açıqlama yaydı

Sağlamlıq

08 İyun 2021 19:11 1915


"Səhiyyə sahəsində aparılan islahatlara kölgə salan istənilən neqativ hərəkət bizi narahat və məyus edir".

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında yer alıb.

Qeyd olunub ki, jurnalist Aynur Elgünəşin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən, səlahiyyətli şəxslər cəzalandırılıb: Toyuqlu pizza

"Belə ki, xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib.Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq.

Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!