TƏBİB şəbəkələrdə xəstəxanalarla bağlı yayılan görüntülərə münasibət bildirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, ölkənin baş infeksionisti Cəlal İsayev mətbuat konfransında məlumat verib: "Əgər biz xaricdən gələn insanları xəstəxanada saxlamasaq həmin şəxslər ətrafdakılar və onların ailələri üçün təhlükə yarada bilər. Onların gözləmə müddətini isə həkim müəyyən edir".
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə sosial şəbəkələrdə xəstəxanalarla bağlı yayılan görüntülərə münasibət bildirib. O qeyd edib ki, TƏBİB xəstəxanaların təhvil-təslim prosesinə bu ilin yanvar ayından başlayıb:
"Proses hələ də davam edir. Ona görə də xəstəxanalardakı vəziyyətin yaxşılaşdırılması istiqamətində çalışırıq. Nə qədər çox insan yoxlanılsa xəstəlik riskini aradan qaldıra bilərik". Telegram kanalımız