Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 28-nə olan statistik göstəriciləri açıqlayıb.
Yenisabah.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 014 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 904 506 test aparılıb. Onlardan 35 986-sının cavabı pozitiv çıxıb. İndiyədək 527 nəfər COVID-19-dan dünyasını dəyişib, 33 461 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1998 nəfərdir. 141 nəfər reanimasiyada, 16 nəfər süni tənəffüs cihazındadır. Dördpendirli pizza
Xatırladaq ki, bu gün Azərbaycanda 142 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 97 pasiyent sağalıb.
Telegram kanalımız