TƏBİB Zaqatalada 27 yaşlı oğlanın ölümünə dair məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB Zaqatalada 27 yaşlı oğlanın ölümünə dair məlumat yaydı

Sosial

30 Yanvar 2025 16:19 175


TƏBİB Zaqatalada ölən 27 yaşlı gənclə bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, Yeni Suvagil kənd sakini Əhməd Əliyevə Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə "pnevmoniya" diaqnozu qoyulub.

O, Terapiya şöbəsinə hospitalizasiya olunub, müayinə zamanı xəstədə "Gilyen Bar sindromu", "proqressivləşən polineyropatiya" aşkarlanıb: Dördpendirli pizza

"Yanvarın 26-da saat 01:10 radələrində Reanimasiya şöbəsinə hospitalizasiya olunub, oksigen aparatına qoşulub, "proqressivləşən tetraparez", "Bulbar sindromu" diaqnozları təyin edilib, vəziyyəti kritik ağır olaraq dəyərləndirilib.

Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, ölüm faktı qeydə alınıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!