Təbrizdən xəbər gəldi: Tanınmış yazıçı təhlükədədirmi?

saytların hazırlanması

Evə çatdırılma

Təbrizdən xəbər gəldi: Tanınmış yazıçı təhlükədədirmi?

Sosial

03 Mart 2026 15:48 389


Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış yazıçısı Həmid Herisçi hazırda Təbrizdədir və son günlər onunla əlaqə saxlamaq mümkün olmayıb.

İranın intensiv hava zərbələrinə məruz qalması barədə yayılan məlumatlar fonunda bu fakt günlərdir narahatlıq doğurur.

“Yeni Sabah”  xəbər verir ki, məsələ ilə bağlı yazıçının həyat yoldaşı İlhamiyyə Rza bildirib ki, Herisçi hazırda qohumlarının yanındadır və vəziyyəti yaxşıdır: Pepperoni pizza

“Əziz dostlar, tanışlar, qohumlar, Həmiddən nigaran qalanlar, bir xəbər olsa paylaşmağımı istəyənlər. Həmid  şükür Allaha sağ-salamatdır. Təbrizdə, dostlarının qohumlarının əhatəsindədir. Sadəcə əlaqə qura bilmirik. Konsulluq vasitəsilə xəbər tuta bildim. Tezliklə qayıdacaq. konsulluqdan məlumat aldıq. Təşəkkür edirəm!

Nigarançılığımız tək Həmid deyil təbii ki, ordakı bacı,qardaşlarımıza Allah kömək olsun. Tezliklə müharibə kabusu o yerlərdən uzaqlaşsın”.

Qeyd edək ki, Həmid Herisçi əslən təbrizlidir. Onun atası Qafar Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!