Kosta Rikada təcili eniş edən yük təyyarəsi yarıya bölünüb.
Yenisabah.az xəbər verir ki, Almaniyanın DHL yük şirkətinə məxsus təyyarə Kosta-Rikanın paytaxtı San Xose hava limanında məcburi eniş etdikdən sonra parçalanıb.
"Boeing 757" tipli yük təyyarəsi Xuan Santamariya hava limanından qalxdıqdan qısa müddət sonra nasazlıq yaranıb. Mexanik nasazlıq üzündən təyyarə 25 dəqiqədən sonra geri qayıtmalı olub. Hava limanında məcburi eniş edən təyyarə uçuş-enmə zolağının sonunda dönüb və yerə çırpılıb. İkiyə bölünən təyyarədə olan 2 ekipaj üzvünün sağlıq durumunun yaxşı olduğu bildirilir. Toyuqlu pizza
Ekipaj səlahiyyətliləri "hidravlik problem" barədə xəbərdar etdiklərini, qəzanın ölkənin ən böyük hava limanının fəaliyyətini dayandırdığını söyləyib.
Cavad Salmanli
Telegram kanalımız