AXCP sədri Əli Kərimli partiya üzvlərinə verdiyi tapşırığı yanlışlıqla öz Facebook səhifəsində paylaşıb.
“Yeni Sabah” bildirir ki, partiya sədri yalnız bir neçə dəqiqədən sonra bu tapşırıqları yanlış yerdə paylaşdığını anlayıb və silib.
Bəs, həmin paylaşımda Əli Kərimli nə yazıb?! Marqarita pizza
“Mən Maya xanımın yanına ona görə getmədim ki, cəbhəçilərin aclığı başlasın və mən də gedib ondan xahiş edim ki, aclığı dayandırsın. Yəni mənim gedib deməyə sözüm olmalıdır. Aclığı başlamağı sürətləndirin. İndidən istilik peçi qurun. Hesabı özümüz ödəyəcəyik. Qorxmasınlar. Təcili hamı pastelini hazırlasın. 5-də, 6-da aclıq başlasın artıq. Mən bu gün saat 5-də Toplum TV-də olacam. Oradan çıxıb gedəcəm Tofiq bəygilə. Təqribən 18.30-19.00 arası Tofiq bəygildə olacam. Saqifbəygil də o saatlarda getsinlər Tofiq bəygilə. Mən orada tək olmayım. Səadət xanımı və başqa getmək istəyənləri də götürsünlər. Yəni mən gələnə qədər orada 5-6 nəfər RH üzvü olsun. Təzəxan bəy də olsun. Çalışarıq ki, Maya xanıma aclığı bu gün dayandıraq”.

Telegram kanalımız