"Bütün bunların olmaması üçün təcili olaraq avtobuslar üçün xüsusi hərəkət zolaqları təşkil olunmalıdır!".
Yenisabah.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yollarda yaranan sıxlığa münasibət bildirərkən deyib.
"Yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi artdığından hazırda bəzi küçə və prospektlərdə sıxlıq müşahidə olunur. Sıxlıq olan küçə ilə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmələr yaranır. Bu gecikmə də qarşıdakı dayanacaqlarda sərnişinlərin toplaşmasına son nəticədə isə avtobuslarda sıxlığa səbəb olur. pizza hut
Hazırda ancaq “Tbilisi” prospektindəkı sıxlıqda 10 dan artıq ekspres və müntəzəm xətt avtobusu gecikmə ilə hərəkət edir", - deyə M.Ağayev əlavə edib.
Telegram kanalımız