Tehran polisinin rəisi açıqlama verdi -   Səfirliyə hücum edən şəxs kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Tehran polisinin rəisi açıqlama verdi - Səfirliyə hücum edən şəxs kimdir?

Siyasət

27 Yanvar 2023 11:19 11179


Tehran polisinin rəisi Azərbaycan səfirliyinə hücum barədə ilkin məlumat verib.

Yenisabah.az “Tasnim”ə istinadla xəbər verir ki, İran paytaxtının polis rəisi general Hüseyn Rəhimi bu gün səhər Azərbaycan səfirliyinə odlu silahla hücum edən şəxsin həbs olunduğunu açıqlayıb.

O deyib: "Bu şəxs Azərbaycan səfirliyinə odlu silahla daxil olub. O, atəş açıb. Hadisə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb". Dominos pizza

Paytaxt polisinin rəisi əlavə edib: "Polisin sürəti müdaxiləsi ilə hücum edən şəxs dərhal həbs edilib və onun barəsində istintaq davam edir.

Həmin şəxs 2 azyaşlı övladı ilə səfirliyə daxil olmaq istəyib. İlkin istintaqda hücumçu motivin şəxsi və ailə problemləri ilə bağlı olduğunu bildirib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!