“Tehran” serialının prodüserinin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

“Tehran” serialının prodüserinin meyiti tapıldı

Dünya

16 Fevral 2026 12:35 371


Yunanıstanda "Tehran" serialının israilli prodüseri Dana Edenin cəsədi tapılıb.

"Yeni Sabah" Times of Israel-ə istinadla xəbər verir ki, o, serialın dördüncü mövsümünü çəkmək üçün Yunanıstana səyahət etmişdi.

52 yaşlı Dana Edenin meyiti Afinada qaldığı oteldə aşkarlanıb. pizza mizza

Yunanıstan polisi Edenin ölüm səbəbini müəyyən etmək üçün meyitinin yarılması və otel işçilərinin dindirilməsi barədə göstəriş verib və onun ölüm səbəbinin "qeyri-təbii" olduğu güman edilir.

Bu barədə Yunanıstan agentlikləri məlumat yayıb. 

Bununla belə, Yunanıstanda olan çəkiliş qrupunun üzvü Yonatan Rieger "Channel 12"ə sui-qəsd iddiasının saxta olduğunu bildirib.

"Tehran" İsrailin ictimai kanalı sayılan "Kan 11" üçün çəkilmiş casus trilleridir. Onun premyerası 2020-ci ildə "Apple TV"də baş tutub.

İkinci mövsüm 2022-ci ildə, növbəti 2024-də yayımlanıb.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!