Təhsil naziri Əziz Sancara təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Təhsil naziri Əziz Sancara təşəkkür etdi

Siyasət

23 Noyabr 2020 19:34 844


Təhsil naziri Emin Əmrullayev 3 yaşlı Xədicənin gələcək təhsili üçün göstərdiyi dəstəyə görə dünyaca məşhur alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancara təşəkkür məktubu ünvanlayıb. 

Yenisabah.az xəbər verir ki, nazir "Facebook" səhifəsində də Əziz Sancarın ünvanına bu sözləri qeyd edib:

 "Dünyaca məşhur alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancarın 3 yaşlı Xədicənin gələcək təhsilinə göstərdiyi dəstək bizi sevindirdi. Göstərdiyi bu təşəbbüsə və dəstəyə görə çox hörmətli Əziz Sancara bütün təhsil ictimaiyyəti adından dərin təşəkkür edirik. Xədicənin gələcək təhsili üçün atılan bu addım, eyni zamanda Qarabağla bağlı Azərbaycanın haqq işinə də böyük dəstəkdir". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!