Tekstil sənayesi 27 faizədək böyüyüb

saytların hazırlanması

Evə çatdırılma

Tekstil sənayesi 27 faizədək böyüyüb

İqtisadiyyat

18 İyun 2025 11:42 442


2025-ci ilin yanvar-may aylarında toxuculuq sənayesi sahəsində 172,4 milyon manat dəyərində məhsul istehsal edilib.

Yenisabah.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 26,8 faiz artım qeydə alınıb.

Tekstil sənayesinin strukturunda ən böyük artım pambıq yataq ağları istehsalında müşahidə olunub. Bu məhsulun buraxılışı il ərzində 4,8 dəfə artaraq 90,1 min ədədə çatıb. pizza sifarişi

Hesabat dövründə 44 316,1 ton (+29,9 faiz) pambıq mahlıcı, 7 433,2 ton pambıq ipliyi (+22,5 faiz), 12 325,4 min kvadratmetr (+11,4 faiz) pambıq parçaları istehsal olunub.

Xalça və xalça məmulatlarının istehsalı ötən ilin səviyyəsində qalıb – 1,3 min kvadratmetr.

Qeyd edək ki, iyunun 1-nə tekstil məhsulları üzrə böyük hazır məhsul ehtiyatı mövcuddur. Anbarlarda 29 795,1 ton pambıq mahlıcı, 5 356,4 ton pambıq ipliyi, 601,8 min kvadratmetr pambıq parçaları, 6,9 min ədəd pambıq yataq ağları və 5,4 min kvadratmetr xalça və xalça məmulatları toplanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!