Tələbə qızların hansı qidadan zəhərləndiyi məlum oldu - “Suşi“

saytların hazırlanması

Evə çatdırılma

Tələbə qızların hansı qidadan zəhərləndiyi məlum oldu - “Suşi“

Hadisə

21 Noyabr 2019 15:20 1347


BDU-nun yataqxanasında tələbə qızların hansı qidadan zəhərləndiyi məlum olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Unikal.org-a özəl açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, qızlar qidalanmaq üçün restoranların birindən qaldıqları yataqxanaya "Suşi" sifariş veriblər: "Tələbələr "Suşi"ni yedikdən sonra özlərini pis his edib və təcili yardıma müraciət ediblər".

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri - 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb. 1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dilrubə Quliyeva xəstəxanaya yerləşdirilib.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!