Telefonda iki fərqli “WhatsApp”ı necə işlətmək olar?

saytların hazırlanması

Evə çatdırılma

Telefonda iki fərqli “WhatsApp”ı necə işlətmək olar?

Rəqəmsal

08 Aprel 2022 08:58 4795


"Samsung" cihazlarında "dual messenger" tətbiqlərini iki fərqli hesabda istifadə etmək üçün faydalı bir funksiya təqdim edir. Söhbət Android ilə (əməliyyat sistemi) mümkün olan bir cihazda ətbiqi klonlayaraq istifadə etməyimizdən gedir.
 

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, "Dual messengeri" necə aktiv edə bilərik?

Samsung cihazında iki "WhatsApp" "Facebook" "Telegram" "Messenger" "Snapchat" istifadə etmək üçün ilk olaraq "parametrlər" bölməsinə, açılan menyudan isə "qabaqcıl funksiyalar" seçiminə daxil oluruq. Ən aşağı hissədə "dual messenger" bölməsi yerləşib. Həmin bölməyə daxil olub klonlamaq istədiyimiz tətbiqin yanındakı işarəni sağa sürüşdürürük.

Bu prosesi etdikdən sonra cihazın ekranında klonlanmış tətbiq yaranır. Daha sonra həmin tətbiqə daxil olub istədiyimiz ikinci hesabı həmin tətbiqdə işə salırıq. Bu üsuldan istifadə etməklə bir cihazda ikinci fərqli "WhatsApp", "Facebook", "Telegram", "Messenger", "Snapchat" hesabı istifadə edə bilərik. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!