Telefonu yoxlamaya gələnlərin üzünə çırpan baş həkimin köməkçisi:   “Davam edirik”

saytların hazırlanması

Evə çatdırılma

Telefonu yoxlamaya gələnlərin üzünə çırpan baş həkimin köməkçisi: “Davam edirik”

Sosial

24 Yanvar 2025 14:03 341


"Laser Beauty Estetik Klinikası"ndan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisəsində aparıldığı yoxlama ilə bağlı yaydığı açıqlamaya münasibət bildirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.Az-a danışan "Laser Beauty Estetik Klinikası" MMC-yə məxsus özəl tibb müəssisəsinin baş həkimi Rəna Soltanovanın köməkçisi nazirliyin yaydığı məlumatı təkzib edib və fəaliyyətlərini davam etdirdiklərini bildirib.

"Xəbərlərdə gedən məlumat yanlışdır. Yayılan xəbərlər nazirliyin (Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin) rəsmi məlumatı deyil. Gedən xəbərlərlə bağlı Rəna həkim (Soltanova) açıqlama verəcək", - deyə o bildirib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!