Telegram-da yeni funksiyalar peyda olub

saytların hazırlanması

Evə çatdırılma

Telegram-da yeni funksiyalar peyda olub

Rəqəmsal

18 Aprel 2022 16:10 3110


Telegram Messenger istifadəçiləri üçün bildirişlər yaratmaq, bildirişlərin və mesajların avtomatik silinməsi zamanını təyin etmək, cavabları yenidən göndərmək, həmçinin yeni nəsil botları hazırlamağa və istifadə etməyə imkan verən yenilənmiş versiyanı təqdim edilib. 

Yenisabah.az xəbər verir ki, yeni funksiyalar haqqında məlumat, Messenger-in  saytında elan edilib.

Bundan əlavə, istifadəçilərin bildirişləri tamamilə söndürmək və ya müəyyən müddət ərzində bunu etmək imkanı var. Taymerləri işə salmaqla mesajların avtomatik silinməsi funksiyası da əlçatan olub. Yeniləmələr həmçinin iOS əməliyyat sistemi ilə işləyən qadcetlərdə mesajların tərcüməsi funksiyasının dəyişdirilməsini də əhatə edib. Dillərin sayı artıb. Dominos pizza

Bundan əlavə, Telegram interfeysi dəyişdirilib, daha çox animasiyalı emojilər peyda olub. 

Cavad Salmanli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!