“Televiziyalar trendbazları yığışdırmalıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Televiziyalar trendbazları yığışdırmalıdır”

Şou

27 İyul 2025 11:17 387


Xalq artisti Nazpəri Dostəliyeva efirdə trend davası edən müğənnilərə görə televiziyaları günahlandırıb.

Yenisabah.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. O bildirib ki, proqramlara trend davası edən ifaçılar buraxılmamalıdır:

"Mən düşünürəm ki, bunun ilk səbəbkarı bizim televiziyalarımızdır. Mətbuat da onları işıqlandırmamalıdır. Onlar verməsə, artıq trend məsələsi yığışdırılacaq. Əgər onlar yığışdırılsa, sənət adamları da verilişlərə güvənlə gələcək. Biləcəklər ki, həmin proqramda trenddə meydan sürənlər deyil, sənətkarlar olacaq. Sözsüz ki, ilk növbədə kanallardır. Televiziyalardan gözləyirik ki, trendbazları yığışdırsınlar. İnsanların xoşuna gəlməyən söz-söhbətləri verməsinlər. Mən başa düşürəm, televiziyanın da bəzi qanunları və şərtləri var". Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!