“Təmas xəttində bu kimi təxribatların şahidi olacağıq”

saytların hazırlanması

Evə çatdırılma

“Təmas xəttində bu kimi təxribatların şahidi olacağıq”

Siyasət

31 May 2019 08:22 1202


“Təmas xəttində Azərbaycan ordusu zabitinin işğalçı ermənilər tərəfindən şəhid edilməsi, birbaşa Ermənistanda baş verən klanlar arası mübarizə fonunda baş verdi”.

“Yeni Sabah”ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Qarabağ klanı təmas xəttində təxribatlara əl atacaq:

“Paşinyana qarşı Robert Koçaryan ciddi mübarizəyə başlayır və orduda dayaqları gücüldür. Hazırda Nikol Paşinyan Qarabağdakı erməni ordusuna nəzarət edə bilmir. Buradakı işğalçı ordu Qarabağ klanının nəzarətindədir. Ona görə də biz Ermənistanda inkişaf edən siyasi böhran fonunda bu kimi təxribatların şahidi olacağıq”. pizza hut

Politoloq qeyd edib ki, bundan əlavə, Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir:

“Və ötən gün Ermənistan xarici işlər naziri nəticə var kimi çıxış etmişdi. Göründüyü kimi Qarabağ klanı boş dayanmayıb və Paşinyana ciddi təzyiq etməkdədir. Təbii ki, Qarabağ klanın başında duran Koçaryan bu gücü Rusiyadan alır. Biz oturub erməni təxribatlarını gözləməməliyik. Mütləq şəkildə işğalşı ordunun müdafiə xətti yarılmalı, güclü zərbələr endirilməlidir. Yetər artıq, Moskvadan bu qədər çəkinmək. Ümumiyyətlə Qarabağ münaqişəsinin danışıqlarla və diplomatik həlli yoxdur. Bu, proseslər ölkəmizin əleyhinədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!