Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Sosial

04 Fevral 2025 13:15 1317


Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-i axşam şərq rayonlarından başlayaraq 8-dək havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Marqarita pizza

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq fevralın 6-8-də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!