Mövsümün ta əvvəlindən turnir cədvəlində ilk pillədə qərarlaşan “Neftçi” özünə o qədər arxayın idi ki, sanki bu heç dəyişməyəcəkdi. Yeni baş məşqçinin gəlişindən sonra iddialı danışıqları da diqqətdən yayınmırdı.
Elə ilk günlərdəcə “Qarabağ”ı taxtından salacam” deməsi bütün “Neftçi” camiəsində özünəinam yaratmışdı.
Bir xatırlatma edim. “Qarabağ” ÇL-nın təsnifat mərhələsindəki “Bate” ilə oyununa görə, “Zirə”ylə matçı təxirə salmışdı. Hansı ki bu onun mövsümdə ilk oyunu idi. Bu amil elə “Neftçi”nin irəli keçməsi üçün şans oldu. Qurban Qurbanovun millimizin baş məşqçisi olması “Qarabağ”ın işlərini bir az da yavaşıtdı. Dördpendirli pizza
Avropa Liqası, ölkə çempionatı, milli bunların 3-ünü də eyni anda daşımaq təbii ki, Qurbanova çətinlik yaratdı. Millidəki postundan istefa verməsindən sonra azarkeşlərin üzü gülməyə başladı. Çünki onlar inanırdılar ki, bu addımın sonu çempionluğa dayanacaqdı. AL-ın da “Qarabağ” üçün bitdiyini nəzərə alarsaq, azarkeşlər heç də səhv düşünmürdülər.
Ağdam təmsilçisinin qış fasiləsindən sonra “özünə gəlməsi” “Neftçi” ilə xallarını bərabərləşdirməsi “ağ-qaralar” üçün bir təbil idi. Amma Roberto Bordinin “yarıtmaz” taktikası azarkeşlərin illərlə gözlədiyi, bəlkə də ən yaxın olduğu çempionluq sevdalarını suya saldı. Hələ qış fasiləsinə yollanmamışdan əvvəl klubun azarkeşlərə qarşı olması, onları şikayət etməsi bir saymazlıq idi. Hər dəfə “Mirabdullanı da oyuna sal arada” deməkdən azarkeşlərin dili-dodağı qurumuşdu. Və azarkeşlərdən gələn daha nə şikayətlər, şikayətlər.
Rəhbərlik unutmuşdu ki, çempionluq təkbaşına yox, azarkeşlərlə qazanılır. Bu ən doğrusudur. Bariz nümunəyə gərək varsa “Qarabağ”ı göstərmək olar. “İmarət Tayfa” azad azarkeş qrupu məşqlərdə belə komandayla olmuş, dəstək göstərmiş, “Qarabağ” da bu dəstəyin qarşılığında onlarla bütünləşməyi bacarmışdı. Hər-halda azarkeşlərlə təkcə tribunada yox, eyni zamanda meydandan kənarda da bir olmağı bacaran bacaran komanda və rəhbərlik istəyinə dünən nail oldu. Get-gedə xal fərqini artıran Ağdam təmsilçisi “gec olsun, güc olmasın” deyib, ardıcıl 6-cı çempionluğunu vaxtından əvvəl rəsmiləşdirdi.
Bunu təbii ki, daha da tez etmək olardı. Amma yuxarıda da qeyd etdiyim səbəblər, “Səbail” ilə oyunda verilən texniki məğlubiyyət bu çempionluğu bir az yubatdı. “Neftçi”nin arxayınlığı, belə deyək, “özündənrazılığı” ona baha başa gəldi. Tənqidlərdən nəticə çıxarmayan rəhbərlik azarkeşlər bir kənara, tənqid edən heç kimi saymadı. Tənqidləri təhqir kimi qəbul edənlər cəzasını indi çəkməyə məcburdur. Xal fərqində əvvəldə olub, sonradan çempionluq uğrunda mübarizə apardığın bir komandayla o xal fərqini bərabərləşdirmək, sonra da ümumiyyətlə, geriyə düşmək hansısa futbolçunun ayağına yazılamalıdır. Çünki futbolçunun meydanda işi oynamaqdır, “oynadılmaq” yox.
Birbaşa günahkar axtarılırsa, azarkeşləri dinləməyən, hörmət etməyən, tənqidləri heçə sayan rəhbərlikdədir günah. Başqalarında yox. “Neftçi” indi 2-ci pillədə qərarlaşıb. Tərlan Əhmədov keçən il onu 3-cü pilləyə gətirməyi bacarmışdı. Bordin 1 pillə qaldırmaq üçün gəlmişdi, ya necə? Bordin kim idi? “Qarabağ”ın qəniminə çevirildiyi “Şerif”in baş məşqçisi. Axmaqlıq deyildimi italiyan məşqçinin gəlib burada da “Qarabağ”la ayaqlaşmağa çalışması? Nə isə. Bunları bizim görməyimiz, deməyimiz nəyisə dəyişmir onsuz. Çünki bütün hallarda onlar üçün çempionluğun itirilməsinə səbəb ancaq və ancaq futbolçulardır. Dəyməyək, belə də qalsın.
Naibə Məmmədova
Telegram kanalımız