Təqaüdə göndərilən generala yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Maraqlı

20 Sentyabr 2021 15:24 1500


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.

Yenisabah.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə polis general-mayoru Sahib Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müşaviri təyin olunub.

Qeyd edək ki, polis general-mayoru Sahib Mirzəyev bundan əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi olub. O, ötən ilin iyulunda Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!