Tərlan Seyidov vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Tərlan Seyidov vəfat etdi

Siyasət

01 Fevral 2023 18:32 1044


Pianoçu, musiqişünas, Əməkdar incəsənət xadimi Tərlan Mir Əşrəf oğlu Seyidov uzun sürən xəstəlikdən sonra ömrünün 80-ci ilində vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Musiqi Akademiyası məlumat yayıb.

Qeyd edək ki, Tərlan Seyidov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində yaratdığı Orta ixtisas musiqi məktəb-studiyasına 43 il rəhbərlik edib, BMA-da işlədiyi illərdə çoxsaylı musiqiçilərin yetişdirilməsinə böyük əmək sərf edib. O, bir sıra monoqrafiyaların, dərsliklərin, topluların, məqalələrin müəllifidir. Onun müəllif layihələri təkcə Azərbaycanda deyil, həm də ölkə hüdudlarından kənarda böyük marağa səbəb olub. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!