Tərlan Yəhyayev yüksək vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Tərlan Yəhyayev yüksək vəzifəyə təyin olundu

Siyasət

18 Dekabr 2025 13:36 3289


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə qurumun İdarə Heyətinin sədri Rüfət Mahmud əmr imzalayıb.

Əmrə əsasən, Tərlan Yəhyayev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyinat alıb. Sezar pizza

O, bundan əvvəl AYNA-nın Parklanmanın Təşkili Departamentinin direktoru postunda çalışıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il fevralın 13-də imzaladığı sərəncamla Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin olunub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!