Terrorçular Mozambikdə 52 nəfəri qətlə yetirdilər

saytların hazırlanması

Evə çatdırılma

Terrorçular Mozambikdə 52 nəfəri qətlə yetirdilər

Hadisə

22 Aprel 2020 10:16 702


Şimali Afrika ölkəsi olan Mozambikdə yerli əhaliyə qarşı hücum təşkil olunub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Mozambik polisinin sözçüsü Orlando Mudumade mətbuata açıqlama verib. 

Onun sözlərinə görə hücum Kabo Delqade bölgəsində təşkil edilib. Hücumçular isə Əş-Şəbab terror təşkilatının üzvləridir. Onların hücumda məqsədi bölgədəki gəncləri də təşkilatlarına qoşmaq olub. Lakin gənclər qarşı çıxdığı üçün münaqişə yaranıb, nəticədə 52 nəfər öldülüb.  pizza sifarişi

Qeyd edək ki, terror təşkilatının Somalidəki eyniadlı təşkilatla əlaqəsinin olub-olmadığı məlum deyil. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!