Terrorda şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Terrorda şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir

Siyasət

28 Yanvar 2023 12:40 967


Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.

Yenisabah.az Report-a istinadla xəbər ki, yas mərasimi mərhumun qardaşının Yeni Yasamal qəsəbəsində yaşadığı ünvanda təşkil olunub.

Mərasim üçün çadırlar qurulub. Sezar pizza

O.Əsgərovun ata evi Gəncədə olsa da, o, II Fəxri Xiyabanda dəfn olunacağı üçün mərasim Bakıda keçirilir.

O.Əsgərovun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!