Tərtəmizəm, gül kimi də qızam - İlhamə Elşadqızı

saytların hazırlanması

Evə çatdırılma

Tərtəmizəm, gül kimi də qızam - İlhamə Elşadqızı

Kriminal

11 İyun 2025 17:24 1309


Narkotik ittihamı ilə mühakimə edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Yenisabah.az qafqazinfo.az-a istinadla xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Kürdəxanı təcridxanasından məhkəmə zalına gətirilən xanım müttəhim həbsdə saxlanılmasına etiraz edib.

Özünü təqsirli bilməyən İ.Elşadqızı hesab edir ki, azadlıqda olması cəmiyyət üçün daha faydalı olar: Sezar pizza

"Bu gün müqəddəratım həll olunur. Əziyyət çəkib bu qədər əsərlər yazmışam. Mən sıradan bir adam deyiləm. Mən jurnalistəm, narkotik çəkən deyiləm. Tərtəmizəm, gül kimi də qızam".

Prosesin davamında evdə əməliyyat keçirən polislər şahid qismində ifadə veriblər. Onlar təqsirləndirilən şəxsin əsassız tutulmasını və başqa iddialarını təkzib ediblər: "Daxil olmuş məlumat əsasında mənzilində əməliyyat keçirmişik. Evdə narkotik aşkar edilib, daha sonra şəxsi polis idarəsinə aparmışıq. Təqsirləndirilən şəxsin ona təzyiq edilməsi və ya evinə narkotik atılması ilə bağlı dedikləri hamısı şər-böhtandır".

İ.Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilərsə, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!