Azərbaycan Respublikasının Baş Prokurorluğunda dəyişiklər edildikdən sonra “Tərtər işi”nə yenidən baxılması ilə bağlı qərar verilib. Qeyd edim ki, həm şəxsən Baş prokurorun, həm də Baş prokurorun birinci müavini Elçin müəllimin nəzarəti altında bu hadisələrə baxış bucağı dəyişdirilib. Baş Prokurorluğun açıqlamasına görə, “Tərtər işi” üzrə zərər çəkənlərin sayı artıq dörd yüz nəfərdən çoxdur. Sevindirici haldır ki, bu şəxslərin bir çoxu barəsində Baş Prokurorluq tərəfindən işlərin yenidən araşdırılması zamanı ədalətli qərarlar qəbul olunub.
Yenisabah.az xəbər verir ki, bu sözləri Qlobalinfo.az-a açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə “Tərtər işi” ilə bağlı bəraət qazanan şəxslər haqda danışarkən deyib.
O bildirib ki, aparılan proseslər bu işin araşdırılması üçün prokurorluğun öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini təsdiqləyir: Marqarita pizza
“Sual yaranır, bəraət alan şəxslərin haqsız yerə həbs edilmələri ilə bağlı hansı hüquqi addım atmaq imkanları var? Vətəndaşın haqqıdır ki, ona dəyən zərərlərin ödənilməsi ilə bağlı aidiyyəti quruma müraciət etsin. Bəraət almış şəxslərin hər biri bu addımı ata bilər və bundan ötrü də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müəyyən miqdarda bu vəsaiti ödəyəcəkdir. Ödəniləcək məbləğ isə məhkəmənin öhdəsinə buraxılır və məhkəmə qaldırılan iddialar əsasında, faktlar araşdırıldıqdan sonra təzminatın həcmini müəyyən edir”.
Ç.Qənizadə bildirib ki, “Tərtər işi” sıradan bir cinayət işi deyildi:
“Bu, milli və bir əxlaq məsələsi idi. “Tərtər işi” ilə bağlı baş verən hadisələr, insanlara qarşı törədilən zülmlər, vəhşiliklər, qanunsuz hərəkətlər, qanunsuz həbslər və barələrində qanunsuz hökm çıxarılmalar Azərbaycan hüquq-mühafizə orqanları üçün başucalığı gətirən hal deyildi. Hesab edirəm ki, hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğu, hüquq mühafizə orqanları həm də üzərinə düşən bu ləkəni təmizləməklə məşğuldur. İnsanlar da bu addımı ürəkdən alqışlayırlar və bu prosesin davamlı olacağına inanırlar”./Qafqazinfo
Telegram kanalımız