“Tərtər işi”: Hərbçilərin apellyasiya şikayəti təmin olunmadı

saytların hazırlanması

Evə çatdırılma

“Tərtər işi”: Hərbçilərin apellyasiya şikayəti təmin olunmadı

Kriminal

05 Avqust 2024 17:52 1254


“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup hərbçinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Apelyasiya məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə verilmiş apelliyasiya şikayətinə baxılıb.

Məhkəməyə apellyasiya şikayəti təmin edilməyib, bundan öncəki qərar qüvvədə qalıb. Pepperoni pizza

Bundan əvvəlki məhkəmə prosesindəki hökmə əsasən, V.Ələsgərov 5 il 6 ay, R.Ələsgərov 9 il 6 ay, R.Niftəliyev 5 il 6 ay, R.Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!