Tərtərdə minik maşını yük maşını ilə toqquşdu,   ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə minik maşını yük maşını ilə toqquşdu, ölən və yaralananlar var

Hadisə

21 İyun 2020 21:06 926


Tərtərdə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Təhməz Akif oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil hərəkətdə olan yük avtomobili ilə toqquşub. Nəticədə "Jiquli"nin sürücüsü T.Məmmədov hadisə yerində dünyasını dəyişib, yük avtomobilində olan sərnişin və sürücü isə ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağırdır. pizza

Faktla bağlı araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!