Tərtərdə narkotik qəbul edib maşın sürən şəxs saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə narkotik qəbul edib maşın sürən şəxs saxlanılıb

Kriminal

08 Noyabr 2025 11:31 587


Tərtərdə narkotik qəbul edərək avtomobil idarə edən sürücü saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd edilib ki, Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü N.Məmmədliyə "saxla" işarəsi verilib. Marqarita pizza

Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.

N.Məmmədli barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!