Tərtərdə narkotik satışını təşkil edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə narkotik satışını təşkil edən şəxs saxlanıldı

Kriminal

06 Dekabr 2025 13:07 821


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Səxavət Axundov saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, S.Axundovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib.

Onun üzərindən və yaşadığı ünvandan satış məqsədilə əldə etdiyi, çəkisi 1 kiloqrama yaxın olan marixuana və metamfetamin aşkarlanaraq götürülüb. Dördpendirli pizza

Faktla bağlı cinayət işi başlanılıb, S.Axundov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!