“Heç bir təşvişə ehtiyac yoxdur. 2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 11350,0 milyon manatı və ya 47,0 faizi ARDNF-dan transfert təşkil edir. Belə ki, bu məbləğin köçürülməsi neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılı olmayaraq, həyata keçiriləcək”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Pərviz Heydərov məlumat verib.
“Dövlət büdcəsinin icrasında heç bir qeyri-sabitlik ortaya çıxmayacaq və belə bir təhlükə yoxdur. Maaş və pensiyaların ödənilməsində də heç bir çətinlik, problem yaranmayacaq. Hesab edirəm ki, dünya bazarlarında neftin qiyməti ilə bağlı yaranmış vəziyyət müvəqqətidir. Ölkədən kənara çıxmırsınızsa, əlinizdəki xarici valyutaya dəyişmək mənasızdır. Boş yerə gərginlik yaratmayın”, - deyə iqtisadçı bildirib. Sezar pizza
Sabrina Eldarqızı
Telegram kanalımız