Teymur Əsgərzadə vəzifəsindən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Teymur Əsgərzadə vəzifəsindən azad edildi

Sosial

16 Aprel 2026 11:26 1508


“Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC-nin (Teleradio) rəhbəri dəyişib.

“Yeni Sabah” “APA-Economics”ə istinadla xəbər verir ki, qurumda baş direktorunun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib.

Onun yerinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub. Marqarita pizza

Qeyd edək ki, Ə.Əliyev eyni zamanda, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) marketinq və ictimaiyyətlə əlaqələr departamentinin direktorudur.

T.Əsgərzadə isə bu vəzifəyə ötən ilin yanvar ayında təyin edilmişdi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!