Teymur Rəcəbov turnirə heç-heçə başlayıb

Teymur Rəcəbov turnirə heç-heçə başlayıb

İdman Veb saytların hazırlanması

17 May 2019 15:39 1073


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın paytaxtı Moskvada keçirilən FİDE-nin Qran-pri turnirində ilk görüşünü başa vurub. 

"Yeni Sabah" xəbər verir ki, 32 yaşlı qrossmeyster birinci mərhələnin ilk duelində ABŞ təmsilçisi Hikaru Nakamura ilə xalları yarı bölüb. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov ilk raundda polşalı Radoslav Voytaşeklə üz-üzə gəlir. Hazırda bu oyun davam edir.  

Qeyd edək ki, 16 qrossmeysterin mübarizə aparacağı yarış ilk dəfə olimpiya sistemi ilə keçirilir. Hər bir mərhələ 3 günü əhatə edəcək və 2 partiya oynanılacaq. İştirakçılardan hansısa qələbə üçün yetərli 1,5 xalı toplaya bilməsə, tay-breyk olacaq. İlk raund 17 – 19 mayda, ikincisi 20 – 22 mayda, yarımfinal isə 23 – 25 mayda reallaşacaq. Şahmatçılar 27 – 29 mayda baş tutacaq finaldan bir gün əvvəl istirahət edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!