Təzyiq sağ yoxsa sol qolda ölçülməlidir?

saytların hazırlanması

Evə çatdırılma

Təzyiq sağ yoxsa sol qolda ölçülməlidir?

Sağlamlıq

10 Fevral 2020 01:10 3154


Belə hesab olunur ki, arterial təzyiq sol qolda ölçülməlidir. Lakin bu belə deyil.

"Yeni Sabah" xəbər verir ki, rusiyalı həkim kardioloq, tibb elmləri doktoru Elena Vışınskaya kp.ru-ya müsahibəsində qeyd edib ki, əslində təzyiq hər 2 qolda ölçülməlidir. Daha böyük rəqəm arterial təzyiqin əsl göstərisi sayılmalıdır.

Həmçinin həkim bildirirb ki, sağ və sol qolda olan təzyiqin fərqinə fikir vermək lazımdır. 10 mm.c.st qədər olan fərq norma sayılır. Fərq bundan çoxdursa, mütləq həkimə müraciət etmək lazımdır. Bunun səbəbi ateroskleroz, tromb, damarda iltihab, anevrizma, xoş və ya bədxassəli şiş ola bilər.  /Saglamolun.az Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!