Tibb işçilərinə vaksin məcburi vurulur?   - İddialara CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Tibb işçilərinə vaksin məcburi vurulur? - İddialara CAVAB

Sağlamlıq

23 Yanvar 2021 14:07 994


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı iddialara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, TƏBİB-dən “Report”a bildirilib ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz.

“Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, - qurumdan qeyd olunub. pizza sifarişi

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!