Tikanlı məftillər üzərindən hərbçilərə verilən körpənin taleyi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Tikanlı məftillər üzərindən hərbçilərə verilən körpənin taleyi məlum oldu

Maraqlı

21 Avqust 2021 12:31 1612


Əfqanıstanın Kabil hava limanının ətrafını qoruyan ABŞ Hərbi Dəniz Qüvvələri əfqanıstanlı xəstə uşağı atasından aldıqdan sonra tibbi yardım göstərib və sonra geri qaytarıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi deyib.

O, əsgərlərin körpəni izdiham içərisində bir nəfərdən götürərək hava limanına doğru apardıqları sensasiyalı görüntülərə aydınlıq gətirib: pizza mizza

"Valideyn Dəniz Qüvvələrindən xəstə uşağa kömək istədi. Gördüyünüz kimi hərbçi uşağı hava limanında fəaliyyət göstərən Norveç xəstəxanasına aparır. Uşağı müalicə etdilər və sonra atasına qaytardılar".

Kirbi hərbçilərin hərəkətini humanist addım adlandırıb (Azxeber.com)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!