Baş nazir Novruz Məmmədov “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda dəyişikliklər edib.
“Yeni Sabah” xəbər verir ki, dəyişiklik “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” prezidentin 2018-ci il 28 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə olunub.
Qaydalara aşağıdakı dəyişikliklər edilib: pizza hut
- 3.1-ci bənddə “Müvafiq” sözü “Bu Qaydaların 3.2-1-ci bəndi ilə müəyyən olunan hal istisna olmaqla, müvafiq” sözləri ilə əvəz edilib.
- 3.2-ci bənddən “bütün” sözü çıxarılın.
- Aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89.1.1-89.1.4-cü, 89.1.6-cı və 89.1.7-ci maddələrində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi məqsədləri üçün mühəndis-axtarış işləri haqqında tərtib edilmiş proqramın layihəsinin razılaşdırılması və sonradan həmin işlərin nəticələrinə dair hesabata rəyin alınması tələb olunmur”.
Telegram kanalımız