Tikintisi davam edən milyonluq villa SATIŞDA

saytların hazırlanması

Evə çatdırılma

Tikintisi davam edən milyonluq villa SATIŞDA

Şou

21 May 2025 17:11 369


Hollivudun məşhur cütlüyü – Oskar mükafatlı aktrisa Emma Stoun və komediya aktyoru əri Deyv MakKeri Teksas ştatının Ostin şəhərində yerləşən dəbdəbəli malikanələrini inşaatı hələ tamamlanmadan satışa çıxarıb. Məşhurlar bu mülk üçün 26,5 milyon dollar tələb edir. Malikanənin inşaatı başa çatmadan satışa çıxarılması isə maraq doğurub.

Yenisabah.az  Toyuqlu pizzahaberler.com-a istinadən xəbər verir ki, Austin şəhərinin ən nüfuzlu yaşayış məhəllələrindən biri olan Tarrytown ərazisində yerləşən bu prestijli əmlak 1.24 dönüm torpaq sahəsində salınıb. Əsas yaşayış evində 4 yataq otağı, ərazidə isə ayrıca 2 otaqlı qonaq evi, həmçinin kinoteatr və əyləncə zonası ilə təchiz olunmuş qaraj mövcuddur.

  Toyuqlu pizza

  Toyuqlu pizza

Malikanə Lake Austin sahilinə yaxın ərazidə yerləşir və göldəki qayıq rampasına cəmi yarım mil məsafədədir. Layihəyə xüsusi üzgüçülük hovuzu da daxildir. İnşaat işlərinin bu yay tamamlanacağı gözlənilsə də, cütlüyün malikanəni niyə bu mərhələdə satışa çıxarması ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Yayımlanan fotolara əsasən, tikinti işləri böyük ölçüdə tamamlanıb və mülk artıq yaşayış üçün hazır vəziyyətə yaxın görünür.//BAKU.WS

  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!