“TikTok”da ona müraciət edənləri aldadan şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, o, paytaxtda sosial şəbəkələrdə dələduzluq edib.
“TikTok” sosial şəbəkəsində bahalı mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə elanlar yerləşdirərək ona müraciət edənlərdən beh adı altında müxtəlif məbləğlərdə pul alan və daha sonra həmin şəxsləri aldadan Nihat Qurbanovdur. O, ifadəsində bu yolla təqribən 45-50 nəfəri aldatdığını və pul aldığı şəxsləri sonradan onunla əlaqə saxlamamaları üçün bloka atdığını bildirib. Dominos pizza
Həyata keçirilən növbəti əməliyyatlar zamanı isə özünü hotel əməkdaşı kimi təqdim edərək taksi sürücülərinə qarşı dələduzluq edən və onların hesabından öz kartına pullar köçürən Əli Dadaşov tutulub. Bu şəxsin də dələduzluq yolu ilə 10-dan artıq taksi sürücüsünü aldatdığı məlum olub.
Paytaxtda polisin həyata keçirdiyi növbəti əməliyyatlar zamanı isə vətəndaşların kartlarındakı pul vəsaitlərini müxtəlif üsullarla ələ keçirən Rüfət Yusifov, Amin və Ramil Əliyev qardaşları tutulublar.
Telegram kanalımız