"TikTok"da canlı yayımda nalayiq ifadələr işlədən kişi cəzalandırılıb.
"Yeni Sabah" teleqraf-a istinadla xəbər verir ki, Naxçıvanın Ordubad rayonunda sosial şəbəkədə kobud ifadələr işlədən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilib.
1987-ci il təvəllüdlü və adı şərti olaraq Vüqar Səlimov kimi göstərilən şəxs noyabrın 8-i axşam saatlarında kafedə olarkən özünə məxsus "TikTok" hesabında canlı yayıma qoşulub və orada nalayiq sözlər işlədib. pizza sifarişi
Hadisə ilə bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə inzibati iş açılıb.
Məhkəməyə təqdim olunan izahında Səlimov ittihamı qəbul edib. O deyib ki canlı yayım zamanı tanıdığı bir nəfər ona zəng edib və zarafat edib. Səlimov içkili halda olduğunu və yayımdan çıxdığını unutduğunu bildirərək belə sözlər işlətməsinə görə peşman olduğunu əlavə edib.
Ordubad Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs yetmiş manat məbləğində cərimə olunub.
Telegram kanalımız