“TikTok”da video paylaşan sürücü cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

“TikTok”da video paylaşan sürücü cəzalandırıldı

Hadisə

11 Mart 2022 23:09 524


Zaqatalada avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən və görüntülərini Tik-Tokda paylaşan sürücü müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis şöbəsinin dövlət yol polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü N.Qaziyev idarə etdiyi “VAZ-2101” markalı nəqliyyat vasitəsilə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb. Yoxlama zamanı onun sürücülük hüququ olmadan avtomobil idarə etdiyi də aşkarlanıb.

N.Qaziyevlə izahedici söhbətlər aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə protokol tərtib olunaraq cərimələnib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!