Tofiq Zülfüqarov: “Rusiya prezidenti “malaladı“

saytların hazırlanması

Evə çatdırılma

Tofiq Zülfüqarov: “Rusiya prezidenti “malaladı“

Siyasət

06 May 2022 10:54 585


"Erməni əsilli Rusiya nazirin yəhudilərə və İsrailə qarşı dediyi təhqiramiz sözləri Rusiya prezidenti "malaladı".

Yenisabah.az xəbər verir ki, bunu öz "Facebook" səhifəsində eks-XİN rəhbəri Tofiq Zülfüqarov yazıb.

O əlavə edib: Marqarita pizza

"Bəs ermənilər onlara qan bağı olan şəxsin sözlərinə necə reaksiya verəcəklər?"

Xatırladaq ki, mayın 5-də Vladimir Putin və Naftali Bennett arasında telefon söhbəti olub. İsrail Baş nazirinin dəftərxanasının açıqlamasında Rusiya prezidentinin Sergey Lavrovun təhqiramiz sözlərinə üzr istədiyi bildirilib. 

Lavrov İtaliyanın "Medianet" nəşrinə müsahibəsində Hitlerin də qismən yəhudi mənşəli olduğunu deyib.

Bundan sonra İsrail rəsmiləri Rusiya XİN rəhbərinə qarşı şifahi hücuma keçərək üzrxahlıq tələb ediblər.

İsrail Baş nazirinin bəyanatında üzr istəndiyi deyilsə də, Kremlin telefon söhbəti haqqında məlumatında bu barədə heç bir qeydə rast gəlinməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!