Tofiq Zülfüqarov XİN-in fəaliyyəti haqda:   “Yeniliklər olacaq“

saytların hazırlanması

Evə çatdırılma

Tofiq Zülfüqarov XİN-in fəaliyyəti haqda: “Yeniliklər olacaq“

Maraqlı

13 Aprel 2021 14:20 1745


“Diplomatik pasportun etibarlılıq müddəti bitdi... Qanuna görə, istifadə hüququnu özümdə saxlayıram. Nazir Ceyhun  Bayramov o qədər mehriban idi ki, məni görüşə dəvət elədi və çaya qonaq etdi”.

Yenisabah.az xəbər verir ki, bunu sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O qeyd edib ki, nazirlə geniş mövzular ətrafında təfərrüatlı söhbətləri baş tutub: Dördpendirli pizza

“Sadə dildə desək, müharibə ilə əlaqəli çətin dövrlərə baxmayaraq, Nazirlikdə kadr siyasətində işlərin qaydaya salınmasında, qərarların hazırlanması və qəbul edilməsində kollegiallıq təcrübəsinin geri qaytarılması üçün bir çox işlərin görüldüyünü eşidərkən sevindim. İctimaiyyət və mətbuatla iş üslubunda yeniliklər nəzərdə tutulur. Nazirliyin nəzdində İctimai Şuranın yaradılması planlaşdırılır və qeyd edim ki, bu, mövcud qanunvericiliklə nəzərdə tutulub.

Nazirin cari gündəmdəki aktual məsələləri müzakirə edəcək qədər açıq olmasına sevindim. Pasportumu aldım və ən əsası əmin oldum ki, bilikli, təcrübəli və təşəbbüskar Nazirimiz var, doğma nazirliyim yenidən canlanıb və ölkənin maraqlarına sədaqətlə xidmət edir!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!