“Ölkənin hazırkı Konstitusiyasına görə, prezident bir dəfə yeddi il müddətinə seçilə bilər və bundan sonra onun səlahiyyətləri başa çatır”.
Yenisabah.az “Egemen Qazaqstan”a istinadla xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müsahibəsində mümkün təkrar seçki ilə bağlı sualı cavablandırarkən deyib.
Tokayev Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsi ilə əlaqədar şayiələri təkzib edib və prezidentin yalnız bir dəfə seçilə biləcəyi müddəanın “heç vaxt dəyişdirilməyəcəyini” vurğulayıb. Pepperoni pizza
Onun sözlərinə görə, 15 il əvvəl qapalı müzakirələrdə o, yeddi illik müddət ideyasından danışsa da, sonra bu təklif “çox dəstək almadı”.
“Mən 2019-cu ildə prezident seçiləndən sonra ölkəmiz siyasi sistemin demokratikləşməsinə, ictimai həyatın azadlığının təmin edilməsinə və iqtisadiyyatın inhisardan azad edilməsinə doğru irəliləyib”, – Tokayev əlavə edib.
Qazaxıstan prezidenti həmçinin bildirib ki, 2022-ci ilin yanvarında baş verən silahlı iğtişaşlara uzun illər davam edən sosial-iqtisadi problemlər və hökumətin və cəmiyyətin deqradasiyasına çevrilən ümumi durğunluq səbəb olub.
Telegram kanalımız