Tokio-2020 Yay Olimpiya Oyunlarına 4-cü lisenziyanı qazandıq - Foto

saytların hazırlanması

Evə çatdırılma

Tokio-2020 Yay Olimpiya Oyunlarına 4-cü lisenziyanı qazandıq - Foto

İdman

20 Sentyabr 2019 15:45 1110


Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb.

“Yeni Sabah” xəbər verir ki, yarışın 5-ci günündə fərdi çoxnövçülükdə final mərhələsinə vəsiqə qazanan Azərbaycan idmançısı Zöhrə Ağamirova gürzlərlə hərəkətə görə 21,200, lentlə çıxışda 17,000, halqa ilə hərəkətdə 20,900 xal qazanıb. Z.Ağamirovanın topla çıxışı isə 19,525 xalla qiymətləndirilib. 

Yekunda 78,725 xal toplayan idmançı B qrupunda 4-cü yeri tutub. pizza hut

Beləliklə, A qrupunun 12 gimnastı mübarizəyə start vermədən Azərbaycan təmsilçisi ilk “16-lıq”da yerini təmin edib. Bu, Z.Ağamirovaya 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış etmək hüququ verib. O, iştirak üçün lisenziya qazanan 4-cü Azərbaycan təmsilçisidir.

Qeyd edək ki, 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına bunadək üç idmançı - Anna Skidan (atletika, çəkicatma), Maksim Şemberev (üzgüçülük) və Marina Stadnik (qadın güləşi) vəsiqə qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!