Tolik aparıcılara söz atdı: “Guya jurnalistdirlər, çox bəsit görünürlər”

saytların hazırlanması

Evə çatdırılma

Tolik aparıcılara söz atdı: “Guya jurnalistdirlər, çox bəsit görünürlər”

Şou

01 Sentyabr 2025 16:25 525


Tarix Əliyev (Tolik) bəzi həmkarlarını sərt tənqid edib.

Yenisabah.az xəbər verir ki, o, televiziya məkanında bir çox aparıcının verilişlərinin reytinq gətirmədiyini vurğulayıb.

Tolik bu barədə sosial media hesabında paylaşım edərək bildirib: Marqarita pizza

"Bu fikirlərim bəlkə də hamının xoşuna gəlməyəcək. Amma bəzi aparıcılara doğrudan da heyifsilənirəm. Demirəm ki, onlardan daha tələbatlıyam, amma 10 ildir efirdəyəm, aparıcılıq edirəm. İllərlə televiziyada görünən, özlərini 'peşəkar' hesab edən aparıcılar bu gün nə vəziyyətdədirlər? 3-4 aydan artıq kanalda qala bilmirlər. Reytinq gətirmirlər, sponsor tapmırlar. Kanal da məcbur olub onları işdən çıxarır".

Tolik aparıcıların kənardan çox bəsit göründüyünü vurğulayıb:

"Guya jurnalistika üzrə oxuyublar, bəziləri aktyordur. Amma nəticə nədir? Bir yerdə cəmi 5 ay işləyib ordan çıxarılırlar. Sonra başqa kanala qaçırlar. Oradan da başqa yerə. Bu, artıq peşəkarlıq deyil, təsadüfi efir adamı olmaqdır. Kənardan baxanda isə çox bəsit və qəribə görünürlər".

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!