Tolikə yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Tolikə yüksək vəzifə verildi

Sosial

26 Fevral 2026 09:53 5157


Speys TV-də bu həftənin cümə günündən verilişi bağlanacaq Tarix Əliyevin harada çalışacağı bəlli olub.

Bu barədə Ülviyyə Alovlu məlumat yayıb.

O bildirib ki, Tarix Əliyev Speys TV-dən ayrılmır, əksinə, ona bu kanalda yüksək vəzifə verilir. Kanalın rəhbəri Vado Karovinin təşəbbüsü ilə o, Speys TV-nin Musiqi Departamentinin rəhbəri təyin olunacaq. Karovinin bu addımına səbəb Tolikin sponsorlarını saxlamaqdır. Məlumata görə, Tolikin verilişinin 11 sponsoru var. pizza hut

Tarix Əliyev əvvəlki verilişinin, başqa ad və başqa aparıcı ilə efirə qayıdacaq proqramın layihə rəhbəri olaraq qalacaq.

Başqa sözlə, mahiyyət dəyişmir, Tarix Əliyev isə əvvəl bir verilişə sahiblik edirdisə, indi bütövlükdə Musiqi Departamentinə və bu tip verilişlərə cavabdeh olacaq.

Qeyd edək ki, Tarix Əliyevin (Tolik) “Tarixin bu günü” və Elgiz Əkbərin “Elgizlə izlə” verilişləri bağlanıb. ARB kanalında “Elgizlə izlə”nin yayımı bugündən dayansa da, Tolikin verilişi hazırda Speys TV-də yayımlanır. Tolikə canlı yayım qadağan edildiyi üçün o, verilişlərini lentə alıb. Hazırda efirə gedənlər lentə alınanlardır və cümə günü Tarix Əliyev tamaşaçıları ilə vidalaşacaq. Onun yerinə Könül Muxtarova efirə çıxacaq və verilişin adı da dəyişdiriləcək. (Axar.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!