Qarabağda qondarma rejimin keçmiş “müdafiə naziri” Cəlal Arutyunyandan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında olan Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan da 44 günlük müharibənin şəraitini araşdıran komissiyaya dəvət olunacaq.
Yenisabah.az “Joqovurd”a istinadla xəbər verir ki, istintaq komissiyasıişi sürətləndirmək fikrindədir.
“Onlar, həmçinin, Nikol Paşinyanın hərbi cinayətlərdən azad edilməsi haqqında sənəd hazırlamalıdırlar. Bununla belə, Paşinyan Milli Məclisə özünü bütün günahlardan, müharibə və məğlubiyyət ittihamlarından təmizləməyi tapşırıb”, – deyə erməni KİV-i yazır. pizza hut
Qeyd edək ki, istintaq komissiyası 2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatların hallarını araşdırmaq üçün 2022-ci ilin fevralında yaradılıb. Oktyabr ayında komissiyanın fəaliyyət müddəti daha 6 ay uzadılıb.
Telegram kanalımız