Torpağı əlindən alınan YAP üzvü prezidentə müraciət etdi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Torpağı əlindən alınan YAP üzvü prezidentə müraciət etdi - VİDEO

Maraqlı

21 Dekabr 2023 14:08 994


Bakı şəhər sakini Cabbarov Teymur Fəxrəddin oğlu ölkə rəhbərliyinə müraciət edib.

Bu haqda “Yeni Sabah”a açıqlama verən şikayətçi bildirib ki, o 5 ilə yaxındır ki, Baş Prokurorluq və Bakı şəhər prokurorluğu onun pozulmuş hüquqlarının bərpasına imkan vermir:

“Cənab Prezident, mən gənc yaşlarımdan YAP-ın üzvüyəm, hər zaman suzu və Ulu Öndərimiz Heydər Əliyevin apardığı siyasəti fəal şəkildə dəstəkləyənlərdən biri olmuşam. Sizə canlı müraciət etməkdə məqsədim prokurorluğun başlatdığı 190086050 nömrəli cinayət işinin məhkəməyə göndərilməsi üçün Baş prokuror Kamran Əliyevə göstəriş verməkdən ibarətdir”. Marqarita pizza

Şikayətçi əlavə edib ki, 5 ildən çoxdur ki, Prezident Administrasiyasının vətəndaş qəbulu mərkəzinə çoxsaylı müraciətlər edib:

“Fuad Ələsgərov və Zeynal Nağdəliyevin məni dəfələrlə qəbul edib. 11 noyabr 2022-ci il və 5 dekabr 2023-cü il tarixlərində Baş prokuror Kamran Əliyevin şəxsən qəbulunda olmuşam. Qəbulda olarkən xahiş etmişəm ki, Ələgərov Xəlil Məhərrəm oğlu və Cabbarova Kifayət Məmməd qızı barəsində 190086050 nömrəli cinayət işinin göndərilməsinə göstəriş versin. Ancaq bütün müraciətlərimə baxmayaraq, 5 ildən bəridir ki, bu gün də onlar himayə olunur”.

Onun sözlərinə görə, 1994-cü ildə atası Cabbarov Fəxrəddin Ziyatxan oğlu tərəfindən qurulan “Dədə Qorqud-10” Kiçik Müəssisəsinin Bakı şəhər İH və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin ayrılmasına dair” 9502 nömrəli İnşaat pasportunda qeyd edilən Nizami rayonu, Babək prospekti, 328 nömrəli məktəbin arxasında yerləşən 0,52 ha ərazisi olub.

Atası 2016-cı ildə vəfat edəndən sonra sahibkarın ikinci həyat yoldaşı Cabbarova Kifayət Məmməd qızı, İcra başçısı Arif Qasımov və şirkətdə 33 faiz payı olan Ələsgərov Xəlil Məhərrəm oğlu əlbir olaraq həmin ərazini tam satıblar:

“Dövlətə külli miqdarda ziyan vuran, müddətsiz istifadəmdə olan 0,52 ha torpaq sahəsini tamah məqsədilə satıb talayan Ələgərov Xəlil Məhərrəm oğlu və Cabbarova Kifayət Məmməd qızı barəsində 190086050 nömrəli cinayət işinə hüquqi qiymət verilməsi üçün onun məhkəməyə göndərilməsinə göstəriş verəsiniz. İnanıram ki, sayənizdə”.

Rafi MÜSLÜMOV

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!